2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yeni tədris ili bu tarixdə başlaya və bu formalarda ola bilər (EKSPERT)

“Yeni tədris ili sentyabrın 1-də başlaya bilər”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sentyabrda yeni tədris ili başlayacaqmı sualına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, qüvvədə olan qərara əsasən 15 sentyabrda yeni tədris ili başlayır:
“Baş Nazirin son qərarı ilə mayın 30-da 2019-2020-ci tədris ili başa çatmışdı. 2020-2021-ci tədris ilinin dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə 2020-ci ilin 15 senytabrında ənənvi formada tədris ili başlayacaq. Bunun əksini ifadə edəcək qanun – qərar hələ ki, yoxdur, verilməyib. Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”. Bəs, tədris ili nə vaxt və necə başlaya bilər? 
Təhsil eksperti bu sualla bağlı aşağıdakı təkliflərini ürəli sürüb: 

“Yeni tədris ili sentyabrın 1-i başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu mümkündür.
Tədrisin təşkil olunma formaları:
1. Ənənəvi qaydada: Hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır.
2. Onlayn qaydada. 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur.
3. Həm ənənəvi, həm də onlayın. 
A) Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər online həyata keçirilməli
B) Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər.
C) Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir.
D) Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər. Əlbətdə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər.
Növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button