Loading...
Loading...
SEÇMƏ

Yeni yol çəkilir: Ermənilər Laçın dəhlizindən istifadə etməyəcəklər

Yayımlandı: 29 İyul 2022 16:40

Yerevan Laçından yan keçməklə yolun tikintisinə başladığını təsdiqləyib

Tex-Kornidzor kəndləri arasındakı M-12 avtomobil yolunun yenidən qurulması işlərinə avqust ayında başlanılacaq.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyi məlumat yayıb.

Qurum tikintinin müddətini açıqlamayıb.

Bildirilir ki, hazırda ümumi uzunluğu 7-8 kilometr olan yolun genişləndirilməsi nəzərdə tutulub.

Məlumata görə, bu yol Azərbaycan ərazisində Laçın şəhərinin cənubuna çəkilən yeni yolla birləşdiriləcək.

Bundan sonra ermənilər Qarabağa getmək üçün Laçın şəhərilə birlikdə Azərbaycanın nəzarətinə keçəcək indiki Laçın dəhlizindən istifadə etməyəcəklər.

Meydan TV

Gözdən qaçırmayın:  Zəfər muzeyi salınacaq ərazidəki mənzillər qanunsuz dağıdılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button