2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yeni yoluxma 1681, 12 ölüm

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 675 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 16-da açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri pozitiv çıxan 12 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 500 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 min 639-u sağalıb, 6 min 746-ü vəfat edib, aktiv xəstə sayı 15 min 926-ya yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Operativ Qərargahın məlumatına görə, gün ərzində ölkə üzrə 12 min 186 nəfər peyvənd vurdurub. Azərbaycanda bu günə qədər 2-ci doza peyvənd vurduranların sayı isə 4 milyon 214 min 781 nəfərdir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button