2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yeni yoluxma 1896, 19 ölüm

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 764 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 17-də açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri pozitiv çıxan 19 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 502 min 702 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 403-ü sağalıb, 6 min 765-ü vəfat edib, aktiv xəstə sayı 17 min 39-a yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Operativ Qərargahın məlumatına görə, gün ərzində ölkə üzrə 11 min 261 nəfər peyvənd vurdurub. Azərbaycanda bu günə qədər 2-ci doza peyvənd vurduranların sayı isə 4 milyon 230 min 281 nəfərdir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button