2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yeni Zelandiya bir çox COVID-19 məhdudiyyətlərini ləğv edir

Yeni Zelandiya COVID-19 məhdudiyyətlərini bütün ölkə boyu yumşaldır. Sakit okean ölkəsi son altı ay ərzində ilk təsdiqlənmiş COVID-19 hadisəsini bildirdikdən sonra ötən ay məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Baş nazir Jacinda Ardern bazar ertəsi ümummilli həyəcan səviyyəsinin 2-ci dərəcəyə endiriləcəyini bildirib. Beləliklə də, məktəblər, ofislər və bizneslər yenidən açıla biləcək.

Lakin bu yeni yumşaltmalar ölkənin ən böyük şəhəri Auklanda şamil edilmir. Pandemiyanın epistentri hesab edilən şəhərdə avqust ayında 58 yaşlı bir şəxsin virusun Delta variantına yoluxmasıyla yeni dalğa başyalıb. Bazar günü aşkarlanan 20 yeni yoluxma da daxil olmaqla, ümumilikdə bu dalğada 821 yeni yoluxma halı qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Auklanddakı bütün məktəblər, ofislər və iş yerləri 14 sentyabr tarixinə qədər vacib xidmətlər istisna olmaqla bağlı qalacaq.

Baş nazir Ardern COVID-19-un tamamilə aradan qaldırılması üçün geniş və sərt kilidləmə məhdudiyyətlərinin tətbiq olunmasının lazım olduğunu bildirib.

Yeni Zelandiya pandemiyanın ilk günlərindən bəri sərt məhdudiyyətlər tətbiq edib. 5 milyonluq əhalinin cəmi 3814 nəfəri virusa yoluxub. Ölənlərin sayı isə 27 nəfərdir.

Ölkə əhalisinin cəmi 25-30 faizi COVID-19 peyvəndinin bütün dozalarını vurdurub. Rəsmilər hökumətin bir neçə gün ərzində iki dozalı vaksin istehsal edən Pfizer-lə razılaşma əldə edəcəyini bildirir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button