Bizim tərcümə

Yeni Zelandiyada ilk dəfə olaraq qadın deputatların sayı kişilərin sayından çoxdur.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-26 13:23:20

Yeni Zelandiyada parlamentin keçmiş sədri Trevor Mallarddan sonra İrlandiya səfiri vəzifəsinə keçən İşçi Partiyasından Soraya Peke-Mason parlamentdə and içib.

Parlamentdəki dəyişiklikdən sonra qadın deputatların sayı 60-a, kişi deputatların sayı isə 59-a yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Peke-Mason jurnalistlərə açıqlamasında “Düşünürəm ki, bu gün həm mənim üçün, həm də Yeni Zelandiya üçün tarixi bir gündür”.

Parlamentlərarası İttifaqın (PAB) məlumatına görə, Yeni Zelandiya bu il parlamentdə qadınların ən azı 50 faizinin təmsil olunduğu Kuba, Meksika, Nikaraqua, Ruanda və Birləşmiş Ərəb Əmirlikləri arasında yerini tutub.

Məlumatlara görə, dünya üzrə deputatların təxminən 26 faizini qadınlar təşkil edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button