2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Yer kürəsində ilk həyat növü planetin formalaşmasından cəmi 300 milyon il sonra yaranmış ola bilər

    Alimlər düşünürlər ki, Yer kürəsində həyat düşünüldüyündən daha öncə mövcud olub. Bu fikir isə digər planetlərdə həyat növünün mövcudluq şansını yüksəldir. London Universitet Kollecinin tədqiqatçılarının sözlərinə əsasən onlar Yer kürəsinin yaranmasından 300 milyon il sonra hidrotermal mənbələrin yaxınlıqlarında mikrobların yaşadıqlarına dair sübutlar əldə ediblər. Əgər onların məlumatları təsdiqlənsə, bu, həyat növünün yaranması üçün nəzərdə tutulmuş şərtlərin əslində daha sadə olduqlarına işarə edəcək. “Əgər həyat mövcud olan şəraitlər çərçivəsində sürətlə yarana bilirsə, bu o deməkdir ki, digər planetlərdə həyat növünün mövcud olma ehtimalı çox yüksəkdir” – deyə London Universitet Kollecinin alimi Dominic Papineau qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

    Hələ 2017-ci ildə alimlər Kanadada dəmir ilə zəngin çöküntü süxurlarında mikrofosillər (ölçüləri 1 mm-dən böyük olmayan qədim bitkilərin və ya canlı orqanizmlərin qalıqları) aşkar etmişdilər. Həmin vaxtda alimlər güman etmişdilər ki, hematitdən (dəmir oksiddən ibarət mineral) olan iplər, çıxıntılar və mikroborular hidrotermal mənbələrin yaxınlıqlarında yaşamış mikroblar tərəfindən yaradılmış ola bilərlər. Həmin mikroblar dəmir əsaslı kimyəvi reaksiyalardan istifadə edərək həyat üçün vacib enerjini əldə edirdilər.

    Aparılmış analiz nəticəsində alimlər belə bir qənaətə gəlmişdilər ki, aşkar edilmiş mikrofosillər 3.75 milyard il yaşa sahibdirlər. Çox güman ki, həmin mikrofosillərin yaşları aşkar edildikləri vulkanik süxurların yaşları ilə eynidir. Söhbət, 4.28 milyard ildən gedir. Bundan daha öncə aşkar edilmiş ən qədim mikrofosillər 3.46 -3.7 milyard il yaşa sahib olublar. Bu isə o deməkdir ki, alimlər tərəfindən kəşf edilmiş nümunələr Yer kürəsində mövcud olmuş ən qədim həyat növünün sübutu ola bilərlər.

    Alimlər tərəfindən bir neçə müddət bundan öncə aparılmış yeni analiz daha böyük və qəliz strukturların mövcudluğunu göstərib. Söhbət, bir tərəfində 1 sm-lik uzunluqlu parallel budaqlardan ibarət gövdədən gedir. Bundan əlavə olaraq alimlər hematitdən olan iplər və mikroborular ilə yanaşı fərqli formaya sahib digər strukturları da aşkar ediblər. “Bu strukturlar bir qədər böyük və geniş olsalar da, onlar müasir Mariprofundus ferrooxydans mikroblarının yaratdıqları iplərə bənzəyirlər. Sözügedən mikroblar dəmirlə zəngin olan mühitdə və əsasən hidrotermal mənbələrin yaxınlıqlarında yaşayırlar. Bu çox təəccübləndirici faktdır” – deyə Dominic Papineau qeyd edib.

    “Bizim əldə etdiyimiz məlumatlar onu göstərirlə ki, mikrob səviyyəsində həyat növü Yer kürəsində planetin yaranmasından 300 milyon il sonra formalaşmış ola bilər” – deyə Dominic Papineau bildirib. Alimin fikrincə bu qədim mikroblar kəşf olunduqları vulkanik süxurların sahib olduqları yaşa sahibdirlər. Yəni onlar 4.28 milyard il yaşındadırlar. “Mən düşünürəm ki, bütün məlumatlar ümumilikdə onu göstərirlər ki, planetdə həyatın formalaşması üçün o qədər də çox zamana ehtiyac yoxdur. Artıq 300 milyon ildən sonra hidrotermal mənbələrdə mikrob səviyyəsində həyat formalaşıb və həmin həyat növü dəmir ilə kükürd vasitəsilə qidalanıb” – deyə alim əlavə edib.

    Lakin alimlərin hamısı aşkar edilmiş strukturların bioloji mənşəyə aid olduqlarına inanmır. Məsələn Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin professoru Frances Westall-ın fikrincə kəşf edilmiş strukturlar süxurlarda olmuş yüksək temperatur və təzyiq nəticəsində də yaranmış ola bilərlər. Lakin alimlər tərfindən aşkar edilmiş kükürd bioloji mənşəyə aid ola bilər. “Mənim həmkarlarımın Yer kürəsindəki mikrob səviyyəsində həyat növünü kəşf etdiklərini təsdiqləmək üçün əlavə tədqiqatlar aparılmalıdır” – deyə Westall qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button