AZ24SAAT.ORG

Now Reading:
Yeravanda yenidən toqquşmalar başladı – CANLI YAYIM

Yerevanda polis ilə etirazçılar arasında toqquşmalar yenidən başlayıb.Toqquşmalar paytaxtın Alabyan və Arzumanyan küçələrinin kəsişməsində baş verir. “Vətəndaş sazişi” müxalifət partiyasının lideri və parlamentin deputatı Nikol Paşinyan jurnalistlərə bildirib ki, polis onun 30-a yaxın tərəfdaşını saxlayıb.

***

Ermənistan polisinin xüsusi bölmələri paytaxt Yerevanda etirazçıların bağladığı mərkəzi prospekti açmağa çalışır.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, polis etirazçıları səkiyə sıxışdırıb. Asayiş keşikçiləri bir neçə aksiyaçını polis avtomobilinə dolduraraq aparıblar.

Aksiyanın iştirakçıları sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə narazılıq edərək, Yerevanın mərkəzi küçələrini bağlayıblar.

Daha əvvəl aksiyanın rəhbəri, parlamentin deputatı Nikol Paşinyan bildirib ki, aksiyaçılar çərşənbə axşamı baş nazir vəzifəsinə müzakirələrin və səsvermələrin keçiriləcəyi parlamentə bütün giriş yollarını bağlayacaqlar. O, gecə mərkəzi küçələri bağlamağı təklif edib.

 

Report

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.