2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yerevan Azərbaycanı Sünikdə yolu kəsməkdə suçlayır

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) onlarla Azərbaycan əsgərinin Ermənistanın cənubunda Sünik regionunu birləşdirən yolu kəsdiyini açıqlayıb. Bunun Qubadlıda azərbaycanlı sərhədçinin bıçaqlanması xəbərindən sonra baş verdiyi bildirilir.

MTX-nın məlumatına görə, Gorus-Qafan magistralının Karmrakar-Şurnux hissəsi avqustun 25-də axşam 11-də bağlanıb, yoldan avtomobillər çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Danışıqlar davam edir

Məlumatda deyilir ki, yolun yenidən açılması üçün Azərbaycan tərəfilə danışıqlar avqustun 26-da davam edib. Danışıqların əraziyə yerləşdirilmiş Rusiya sərhədçiləri vasitəsilə aparıldığı xəbər verilir.

Azərbaycan yolun kəsilməsi ittihamına hələlik, reaksiya verməyib. Bir gün öncə Dövlət Sərhəd Xidməti avqustun 25-də Ermənistanla sərhəd Qubadlı rayonunda əsgər Ruslan Şirəliyev Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qaldığını bildirib.

Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri “tamamilə yalan, Azərbaycan tərəfin növbəti dezinformasiyası” adlandırıb.

Relyef amili

Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən 21 kilometrlik yol sovet dövründə yerli relyefin xüsusiyyətlərindən dolayı Azərbaycan ərazisindən çəkilib.

Keçmiş sovet respublikalarının sərhədləri əsasən inzibati olduğundan o zaman problem çıxmayıb.

Sovet İttifaqı parçalanandan sonra, 1992-1994-cü illər Qarabağ müharibəsi zamanı ərazi ermənilərin nəzarətinə keçib. Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerıləşdirilib.

Ermənistanla Rusiya arasında əldə olunmuş razılaşmaya görə, Ermənistan alternativ yol çəkənəcən Rusiya sərhədçilərinin nəzarəti altında 21 kilometrlik yoldan istifadə edəcək. Süniki birləşdirəcək yol isə Ermənistanı İranla əlaqələndirmək baxımından da vacibdir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button