2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yerevan Azərbaycanla sülh danışıqlarının pozulmasına yönəlir?

Bakı/20.01.22 Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtləri nəzərdə tutur. Bunu cümə axşamı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

“Biz hərtərəfli sülh müqaviləsi üzərində işləməyə davam edəcəyik. Bundan ötrü Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yoluyla, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr “üçlüyü” çərçivəsində həlli tapılmalıdır”, – “Sputnik Armenia” Qriqoryandan sitat gətirib.

Bundan öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı mümkün sülh sazişinin imzalanması ilə bağlı danışıqlara başlanılması üçün Yerevandan cavab gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Gələcək danışıqlarda Qarabağın statusu ilə bağlı Ermənistanın mövqeyinin necə olacağı barədə sualın cavabında Qriqoryan deyib ki, “status məsələsində heç bir məhdudiyyət olmamalıdır”. Başqa sözlə, Yerevan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtina edir. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button