2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yerevan Bakının sonuncu sülh təkliflərinə cavab hazırladığını deyir

Yayımlandı: 13 Fevral 2023 15:25

Son dəyişiklik: 13 Fevral 2023 16:34

“Təkliflərimiz hazır olduqda Azərbaycana göndəriləcək”

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni və Azərbaycan tərəfindən bu yaxınlarda aldığı təkliflər üzərində işləyir.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan mediaya açıqlamasında belə deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini vaxtaşırı bir-birinə təqdim edirlər: “Bu yaxınlarda Azərbaycan öz təkliflərini Ermənistana göndərib. Ermənistan bu təkliflər üzərində işləyir. Təkliflərimiz hazır olduqda Azərbaycana göndəriləcək”.

Komissiya sədri Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətləri üzrə xüsusi nümayəndəsi İqor Xovaevin səfərinin yekunlarına da toxunub.

O deyib ki, Ermənistan hökumətinin nümayəndələri Xovaevlə Laçın dəhlizi, təhlükəsizliyin təmin edilməsi məsələlərini və Ermənistanın xarici siyasətinin bütün aspektlərini müzakirə ediblər.

Bakı və Yerevan sülh müqaviləsi ilə bağlı son təkliflərin nədən ibarət olduğunu hələ ki açıqlamayıb.

İlkin olaraq Bakının təklifi ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, sərhədlərin demarkasiyasını, gələcəkdə iddialardan imtina edilməsini, diplomatik münasibətlər qurulmasını ehtiva edirdi.

Yerevan bu şərtlərlə sülh müqaviləsini imzalamağa razı olduğu deyib, amma müqaviləyə Qarabağın statusu haqqında bənd daxil edilməsini tələb edib.

Bakı isə bu tələbi qəbul etməyib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button