Xəbərlər

Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına vasitəçilik etmək xahişilə Moskvaya müraciət edib

Loading...

Bakı/23.11.21  “Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Biz Rusiyaya məlumat verdik ki, ilkin şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlamağa hazırıq”, – Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Svoboda” radiosuna bildirib.

İkinci Qarabağ Müharibəsindən sonra, bu ilin avqust ayından başlayaraq Ermənistanın baş naziri və Türkiyə prezidenti Ermənistandan müsbət mesajların alınması barədə bir neçə bəyanat veriblər. Hətta sentyabrda Türkiyə prezidenti bildirib ki, Ermənistanın baş naziri Gürcüstanın baş naziri vasitəsilə onunla görüşməyi təklif edib, ancaq bundan ötrü Yerevan “Zəngəzur dəhlizi” məsələsində addımlar atmalıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, indiyədək Ankara ilə Yerevan arasında birbaşa danışıqlar olmayıb.

Bu günlərdə Ermənistanın xarici işlər naziri Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib ki, Türkiyə Ermənistanla dialoqa başlamaq üçün Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin təqdim olunmasını tələb edir.

“Bu, tamamilə müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyin saxlanılması ilə tranzitə icazə verməlidirlər. Bütün regional kommunikasiyalar yenidən açılmalıdır”, – Mirzoyan vurğulayıb. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button