2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yerevan qoşunların çıxarılması haqqında tələbini şərt hesab etmir

Bakı/10.02.22 Ermənistan demarkasiya üçün heç vaxt ilkin şərt irəli sürməyib, bu barədə cümə axşamı keçirilən brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O, rəsmi Bakının Ermənistanın sərhədin demarkasiyası prosesinə başlamaq üçün şərt irəli sürdüyü barədə bəyanatına belə cavab verib.

Bu zaman Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşündə əldə edilmiş razılaşmalara əsaslanıb.

Onun sözlərinə görə, tərəflərin yekun bəyanatında təhlükəsizliyin artırılması üçün, yalnız bundan sonra delimitasiya və demarkasiya üçün tədbirlər görmək zərurətindən danışılır.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan və Azərbaycan SQ bir-biri ilə qarşı-qarşıya olduğu halda gərginlik yarana bilər. “Ermənistan qoşunları qarşılıqlı şəkildə çıxarmağı, orada sərhəd qoşunlarını yerləşdirməyi və sakitcə delimitasiya və demarkasiya prosesinə başlamağı təklif edir. Bu, ilkin şərt hesab oluna bilməz”, Qriqoryan belə hesab edir.

Beləliklə, rəsmi Yerevan növbəti dəfə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesinə başlamaqdan imtina edir. Maraqlıdır ki, Ermənistan tərəfi sərhədin yalnız bir hissəsində qoşunların qarşılıqlı olaraq çəkilməsində israr edir. Söhbət Kəlbəcər-Qeqarkunik sərhədindən gedir. Yerevanın iddiasına görə, Azərbaycan bu hissədə Ermənistan ərazisinə doğru irəliləyib. Amma Yerevan Azərbaycanın Qazax və Tovuz rayonlarının 7 kəndini 30 ilə yaxındır işğalda saxladığı qərb sərhədində qoşunların çəkilməsindən danışmır. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button