2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yerevan sülhlə bağlı Bakıdan yeni təklif aldığını açıqlayıb

Yayımlandı: 7 Fevral 2023 17:36

Mirzoyan təklifin detalları barədə danışmayıb

“Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı daha bir təklif alıb və bu mətn üzərində işləyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-da Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.

A.Mirzoyan xatırladıb ki, Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ilə görüşməli idi:

“Lakin Laçın dəhlizinin bağlanması səbəbindən Ermənistan tərəfi iştirakını təxirə saldı. Buna baxmayaraq, biz öz təkliflərimizi Azərbaycan tərəfinə verdik və bu yaxınlarda Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldıq. Biz mətn üzərində işləməyə davam edirik”.

Erməni nazir təkliflərin detalları barədə danışmayıb.

a
Mənbə: Reuters

Azərbaycan Xarici İşlər Nazirliyindən bu barədə hər hansı rəsmi açıqlama yoxdur.

2022-ci ilin mayında Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab vermişdi.

Cavab bəndlərdə göstərilirdi ki, Ermənistan Respublikasının Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur.

Xatırladılırdı ki, hər iki respublika 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması üçün razılaşmaya qol çəkərkən biri-birinin ərazi bütövlüyünü tanıyıb.

Bundan başqa, erməni tərəfi qeyd etmişdi ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov isə bu 6 bəndi təklif yox, Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirmişdi.

“Sənədə baxarkən görünür ki, bunlar təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”, – Ceyhun Bayramov jurnalistlərlə söhbətində deyib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button