2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yerevan Zəngəzur dəhlizinin açılmasını gözləmədən, Naxçıvandan İrana gedən yolun açılmasını istəyir

Bakı/22.12.21 Regional kommunikasiyaların açılması üzrə işçi qrup Yerasx-Horadiz dəmir yolunun mərhələli açılışı variantını müzakirə edir. Bu barədə çərşənbə günü Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli İşçi Qrupunun müzakirələrinin yekunlarını şərh edərkən bildirib.

Müzakirə olunan variantlardan biri Mehri-Mincivan-Horadiz hissəsinin tikilməsini gözləmədən, Ermənistan üçün Naxçıvandan İrana gedən yolun açılmasını nəzərdə tutur.

“Bu, bizim üçün arzuolunandır, belə ki, tikinti tələb etmir və mövcud infrastrukturla həyata keçirilə bilər”, deyə Qriqoryan bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İcevan-Qazax dəmir yolunun açılması məsələsi də müzakirə olunub, amma hazırki mərhələdə “real layihələrə” baxılır, deyə Qriqoryan əlavə edib.

Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpasına gəlincə, hələlik buna konseptual səviyyədə baxılır, deyə o qeyd edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button