2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yerevanda müxalifətçilər Putinin səfərinə qarşı çıxıblar

“Kavkazski uzel”in materialı

Aksiyaçılar Ermənistanın KTMT-dən çıxmasını istəyirlər

“Ermənistan KTMT-dən çıxmalıdır. Çünki təşkilat 2020-ci ilin payızında Dağlıq Qarabağda baş vermiş müharibə zamanı ermənilərə kömək etməyib”, – Rusiya Prezidenti Vladimir Putinin səfərinə qarşı çıxmış aksiyaçılar bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Onların dediklərinə görə, Rusiya Ermənistana öz iradəsini sırıyır.

“Kavkazski uzel”in yazdığına görə, noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Yerevanda sammiti keçiriləcək və bu mərasimdə Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə xəbər verib. O qeyd edib ki, Putin Yerevana səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüşməyi planlaşdırıb.

Erməni siyasətçiləri Putinin Yerevana səfərinin məqsədləri ilə bağlı mübahisə edib.      

Ermənistan-Azərbaycan sərhədində münaqişənin eskalasiyası fonunda sentyabrın 16-sı Yerevandakı Rusiya səfirliyi qarşısında keçirilmiş etiraz aksiyasının iştirakçıları Rusiyanın müttəfiqlik barədə öhdəliklərini yerinə yetirməsini tələb ediblər.

Foto: Tiqran Petrosyan. “Kavkazski uzel”

Sentyabrın 18-də isə Yerevanda mitinqə toplaşanlar Ermənistanın KTMT-dan çıxması tələbini irəli sürüblər. “KTMT-nın Ermənistanın Azərbaycanla münaqişəsinin eskalasiyasına reaksiyası göstərib ki, Ermənistanın bu təşkilata üzv olması onun təhlükəsizliyini təmin etmir. Ölkə bu alyansı alternativ bloka girmədən tərk etməlidir”, – “Kavkazski uzel”in sorğusunu cavablandıran siyasətçilər belə deyiblər.     

Milli-demokratik qütb noyabrın 22-si Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfərinə qarşı etiraz aksiyası keçirib, – “Kavlazski uzel”in müxbiri xəbər verir.

Polisin məlumatına görə, aksiyada iştirak edənlərin sayı yüz əlli nəfəri ötməyib. Təşkilatçıların özləri iştirakçıları saymadıqlarını bəyan ediblər. Milli-demokratik qütbün tərəfdarlarını həmçinin iyirmiyə yaxın rusiyalı dəstəkləyib. 

Aksiya iştirakçıları əllərində Ermənistan, ABŞ, Fransa və Ukraynanın bayraqlarını, həmçinin Rusiya əleyhinə plakatlar tutublar. Müxalif hərəkatın tərəfdarları “KTMT, çıx get”, “Rusiya düşməndir” və “Müstəqil və azad Ermənistan” deyə qışqırıblar.   

“Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiyanın tələblərini qeyd-şərtsiz icra etdiyi halda, onun qərbyönlü siyasətçi olmasını söyləməklə erməni ictimaiyyətini sapdırırlar”, – aksiyanın moderatoru Vaaqn Avakyan mitinqdə bəyan edib. 

Onun dediyinə görə, Paşinyan nə kontingentin Suriyaya göndərilməsi, nə də rusiyalı sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi prosesində Rusiyaya qarşı çıxıb.

Foto: Tiqran Petrosyan. “Kavkazski uzel”

“Belə bir mif yaradıblar ki, guya Paşinyan qərbyönlü siyasətçi olduğu üçün Rusiya onu sıxışdırır və güzəştə getməyə məcbur edir”, – o qeyd edib.

“Noyabrın 23-də KTMT-na daxil olan dövlət başçılarının görüşü nəzərdə tutulub, lakin Vladimir Putinin, həqiqətən də, Yerevana uçacağı barədə məlumat yoxdur”, – mitinqdə Milli-demokratik qütbün liderlərindən biri Vaqe Qasparyan deyib.   

“Gah deyirlər gəlir, gah da deyirlər ki, yox (…) Və, ümumiyyətlə, onun gəlib-gəlməyəcəyi məlum deyil”, – Qasparyan söyləyib.

Milli-demokratik qütbünün digər lideri Ara Papyan qeyd edib ki, noyabrın 22-si ABŞ prezidenti Vudro Vilsonun, – o, Ermənistan sərhədini müəyyənləşdirib, – arbitraj qərarından yüz iki il ötüb. 

“Bu qərar hələ də qüvvədədir və icra üçün mütləqdir. 1899-cu il və 1907-ci il Haaqa konvensiyasına əsasən, arbitraj qərarlar imzalandığı gündən mütləqdir. Lakin arbitraj qərar reallaşdırılmayıb. Dekabrın 2-si rus-türk birgə qüvvələri Ermənistanı işğal edib. Ermənistan öz suverenliyini itirib. Rusiya ilə Türkiyə Ermənistanı bölüşdürüb. Odur ki, bizim əsas tələbimiz işğalın aradan qaldırılmasıdır”, – o, mitinqdə bəyan edib.  

Mitinqdən sonra aksiya iştirakçıları Yerevanın küçələri ilə addımlayaraq Azadlıq meydanınadək gediblər. Polis tədbirin təhlükəsizliyini təmin edib. Müxalif hərəkat növbəti mitinqi noyabrın 23-ü yerli vaxtla 15.00-a təyin edib.   

Aksiya iştirakçıları “Kavkazski uzel”in müxbirinə mitinqə gəlmə səbəblərindən danışıblar.

Leonid Simonov Yerevana Moskva ətrafından iki gün əvvəl gəlib. Dediyinə görə, güc strukturlarının toplaşmasını görəndən sonra aksiyaya qoşulub.

“Mən Putinin həm Rusiyaya, həm də digər ölkələrə, o cümlədən Ukraynaya münasibətdə siyasətindən narazıyam”, – o bəyan edib. Putinin səfərinə qarşı aksiyada iştirak etmək azadlıq hissi verir, rusiyalı əlavə edib.        

Yuri Alekseyev Rusiyadan Ermənistana Ukraynada hərbi əməliyyatlar başlayandan sonra gəlib. Dediyinə görə, Rusiyada vətəndaş mövqeyi ifadə etdiyinə görə on beş sutka həbs cəzasına məruz qalıb.

“Azadlığa çıxanda anladım ki, ölkə dəyişib və əgər bundan belə də burada qalsam, yenidən həbsxanaya düşəcəm, çünki susa bilməyəcəm”, – o bəyan edib.    

O, KTMT sammitinin Yerevanda keçirilməsini nonsens hesab edir. “KTMT Ermənistanın iştirak edəcəyi təşkilat deyil. KTMT sammitinin Yerevanda keçirilməsi nonsensdir. Onu ya Azərbaycanda, ya da Lukaşenko ilə birgə Minskdə keçirmək lazım idi”, – Alekseyev qeyd edib.

Foto: Tiqran Petrosyan. “Kavkazski uzel”

“Rusiya siyasəti Ermənistan üçün son üç yüz ildə ərazi itkilərinin baş vermə, ağrı-acı və ölüm səbəbidir”, – Yerevanın Tiqran adlı sakini bəyan edib.  

Onun dediyinə görə, qırx dörd günlük müharibə bunun bariz nümunəsidir.

“Ermənistan xalqı düşmənimizin kim olduğunu soyuq ağılla qiymətləndirməlidir”, – o qeyd edib.

Milli-demokratik qütbün tərəfdarı, özünü Vardui kimi təqdim edən bir qadın hesab edir ki, Putin persona non-qrata olmalıdır.

“Ermənistan hakimiyyəti və onun sahibi bilməlidir ki, biz Rusiyanın sırımalarına qarşıyıq. Ermənistanda hakimiyyətə milli qüvvələr gəlməlidir. O qüvvələr ki, milli gündəmi diktə edəcək. Rusiya Ermənistanı Belarus kimi müttəfiq dövlətə soxmağa çalışır”, – o bəyan edib.    

Müxalif hərəkatın tərəfdarının fikrincə, Ermənistan KTMT-dan çıxmalıdır.

“KTMT iştirakı Ermənistana ziyandan savayı heç nə vermir. Bu saxta və mənasız struktur Ermənistana heç nə ilə kömək etmək iqtidarında deyil. Biz KTMT-dan çıxmalı və ABŞ-ın müttəfiqinə çervrilməliyik”, – o qeyd edib.     

Milli-demokratik qütbün tərəfdarı Vaginak Petrosyan hesab edir ki, KTMT ölkə başçılarının Ermənistana gəlməsi arzuolunan deyil.

Foto: Tiqran Petrosyan. “Kavkazski uzel”

“Ermənistan hakimiyyətinin başında duran Rusiya casusudur (…) KTMT Rusiyanın Qərbə qarşı yaratdığı strukturdur. RTMT ciddi şəkildə qarşıdurma iqtidarında deyil. Rusiya-Türkiyə tandemi bizi geri salaraq dünyaya açılmağımıza maneçilik törədir. Biz Rusiyanın girovlarıyıq, onun quberniyasıyıq… Və biz dekolonizasiyanın nə qədər mühüm addım olacağını ictimaiyyətə çatdırmağa çalışırıq”, – o bəyan edib. 

Onun dediyinə görə, Ermənistan avtoritar rejimdən qaçmalıdır.

“Qırx dörd günlük müharibə Ermənistanı zəiflətmək üçün, Paşinyanın ölkəni təhvil verməsi üçün planlaşdırılıb. Bə səbəbdən dekolonizasiyanın baş tutması üçün ilk növbətə hakimiyyətdən qurtulmaq lazımdır”, – Petrosyan qeyd edib.   

“Aksiyanın məqsədi iki il bundan əvvəl baş verənlərin razılaşdırılmış müharibə olduğunu sivil dünyaya nümayiş etdirməkdir”, – Milli-demokratik qütbün liderlərindən biri Vaqe Qaspartan “Kavkazski uzel”in müxbirinə deyib.    

Onun söylədiyinə görə, məhz Rusiya Ermənistanı müharibədə uduzmağa vadar edib.

“Ermənistanın qəddar müttəfiqi olan Rusiya onu uduzmağa vadar edib. Və biz Putin, Lukaşenko və onlara oxşar digər hakimiyyət xadimlərinin Ermənistanda arzuolunan şəxs olmadığını söylmək üçün burdayıq. Erməni xalqı öz suverenliyini bərpa etməyə və ölkəni işğaldan azad etməyə qəti şəkildə köklənib”, – müxalif xadim qeyd edib.       

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button