ÖLKƏ

Yerevanda NATO-ya Türkiyəyə görə irad bildirilib

Loading...

Cənubi Qafqazda vəziyyət kifayət qədər gərgin olaraq qalır və Ermənistan vəziyyətin ən məqsədəuyğun şəkidə tənzimlənməsi üçün səylər göstərir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, bunu oktyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Yerevana səfər edən xüsusi nümayəndəsi Xaviyer Kolomina Pirizi qəbul edərkən deyib.

Paşinyan bidlirib ki, regionda həllini gözləyən məsələlər var və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi Ermənistan üçün prioritet olaraq qalır.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə Paşinyan bu görüş zamanı habelə regional kommunikasiyaların açılmasının mühümlüyünü vurğulayıb.

Ermənistan baş naziri deyib ki, Azərbaycanın erməni əsirləri hələ də saxlaması regional vəziyyətə birbaşa təsir göstərir.

O ümid etdiyini bildirib ki, bu məsələ bu yaxınlarda müsbət həllini tapacaq.

Kosovodakı erməni sülhməramlılar

Nikol Paşinyan Yens Stoltenberqin xüsusi nümayəndəsinə Yerevanla NATO arasında siyasi əməkdaşlığın mühüm olduğunu deyib.

Xaviyer Kolomina Piriz deyib ki, NATO Ermənistanla davamlı əməkdaşlığa xüsusi önəm verir.

NATO rəsmisi bidlirib ki, onun səfərindən məqsəd erməni partnyorlarla gələcək əməkdaşlığın imkan və problemlərini müzakirə etmək, habelə regiondakı vəziyyətin perspektivini qiymətləndirməkdir.

Piriz bunu da deyib ki, NATO erməni sülhməramlıların Kosovadakı xidmətini yüksək qiymətləndirir.

NATO baş katibinin xüsusi nümayəndəsi bəyan edib ki, alyans Cənubi Qafqaz bölgəsində sülh və stabilliyin bərqərar edilməsində maraqlıdır.

Arşak Karapetyan gileylənib

Xaviyer Kolomina Piriz Yerevanda habelə Ermənistanın müdafiə naziri Arşak Karapetyanla da görüşüb.

Erməni nazir Pirizə deyib ki, 44 günlük müharibədə NATO üzvü olan Türkiyənin rolu regionda stabillik və sülhün bərqərar edilməsi kontekstində alyansa olan etimadı azaldıb.

Azatutyun xəbər verir ki, görüş zamanı Ermənistanın müdafiə naziri döyüş əməliyyatları dayandırılandan sonra Dağlıq Qarabağdakı təhlükəsizlik vəziyyəti və mövcud təhlükələr barədə məlumat verib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button