2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yerevanda polis etirazçıları saxlamağa başlayıb

Respublika meydanında nümayişçilər qarşısında çıxış edən müxalifət lideri Nikol Pashinian Ermənistan əhalisini çağırıb ki, yerli hakimiyyətin etiraz hərəkatını dəstəkləyən bəyanatlar verməsi üçün onlara təzyiq göstərsinlər. Onun sözlərinə görə, bu, hökumət dəyişikliyinə nail olmağa kömək edər.

 

Müxalifətçi deputat administrativ binalar, hökumət idarələri qarşısında oturaq aksiyaya çağırıb, həmçinin nümayişçilərin dinc davranmasını istəyib.

Pashinian etrazçıları aprelin 19-da tezdən Respublika meydanındakı hökumət binaları qarşısına yığışmağa, nazirlərin Sarkisian-ın ilk hökumət iclasına qatılmasını əngəlləməyə səsləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sarkisian-ın hakim Respublikaçı Partiyası Pashinian-ı dialoqa çağırıb, xəbərdarlıq edib ki, “hökumətin siyasi iradəsi və səbrindən sui-istifadəni davam etdirmək siyasi uzaqgörənlik deyil”.

Partiyanın sözçüsü, parlamentin spiker müavini Eduard Sharmazanov AzadlıqRadiosu-na deyib ki, “dialoq parlamentdə keçirilə bilər”.

HAKİMİYYƏTİN PROVOKASİYASI?

Birləşmiş Ştatlar hər iki tərəfi təmkinlilik göstərməyə, zorakılıqdan qaçmağa çağırıb, Rusiya isə deyib ki, qanunları pozmaq olmaz.

Ötən gecə bir qrup adamın Yerevanın mərkəzində işıqforları, reklam lövhələrini zədələdiyi, küçəyə atdığı xəbər verilir. Facebook-da yayılmış videoda polisin həmin şəxsləri dağıtmağa çalışdığı, onların polis maşınlarına metal əşyalar atdığı görünür.

Pashinian bəyanat yayaraq bu şəxslərin etirazçılardan olmadığını, onların hərəkətinin hakimiyyətin provokasiyası da ola biləcəyini deyib. O, etirazçıları həmin yerə getməməyə çağırıb.

Birləşmiş Ştatlar Yerevanın mərkəzində və Ermənistanın digər şəhərlərində gedən etirazları yaxından izləyir. Bunu Dövlət Departamenti bəyanatında deyib.

“Həm hakimiyyəti, həm də etirazçıları təmkinli olmağa, qızışdırıcı, zorakı hərəkətlərdən çəkinməyə çağırırıq”, – ABŞ səfirliyinin aprelin 18-də Facebook səhifəsində yerləşdirdiyi bəyanatda deyilir.

***

Aprelin 18-də minlərlə adam paytaxtda yürüş edib, polis isə onlarla etirazçını saxlayıb.

Müxalifət lideri Nikol Pashinian-ın başçılığı ilə bir qrup Sarkisian-ın Bahgramian prospektindəki ofisinə doğru yürüyüb.

Polis isə yaxınlıqdakı Fransa Meydanına qüvvələr yerləşdirib, onlarla etirazçı saxlanıb, nəqliyyatın hərəkəti bərpa olunub.

Etirazçılar daha sonra Yerevan dövlət Universitetinin kampusuna daxil olub, Pashinian tələbələri dərsləri boykot etməyə, etirazlara qoşulmağa çağırıb.

Polis bəyanat yayaraq medianı etirazlardan “məsafə” saxlamağa çağırıb, polisin “ictimai asayiş pozuntularını önlədiyi” bildirilir.

Polisdən AzadlıqRadiosu-na bildiriblər ki, Yerevan vaxtıyla günorta 12-dək 66 etirazçı saxlanıb.

***

Ermənistanda müxalifət lideri Nikol Pashinian əsas hökumət binalarının gündəlik “blokada”da saxlanacağını deyir. Bir gün öncə Yerevanda onminlərlə nümayişçi keçmiş prezident Serzh Sarkisian-ın parlamentdə baş nazir seçilməsinə etiraza çıxıb.

Pashinian aprelin 17-də axşam şəhərin mərkəzindəki Respublika Meydanına yığışmış minlərlə etirazçıya deyib ki, “Ermənistanda qeyri-zorakı, məxməri, xalq inqilabı başlanıb”. O, tərəfdarlarından küçələrdə gecələməyi dayandırmağı xahiş edib, onları aprelin 18-də yenidən meydana səsləyib.

“SARKİSİAN-IN LEGİTİMLİYİ YOXDUR”

Nümayişçilər əllərində Ermənistanın bayraqlarını tutub, “Serzh-siz Ermənistan” şüarını səsləndiriblər. Pashinian yürüşdə deyib ki, Sarkisian-ın legitimliyi yoxdur, ermənilər nifrətini qazanıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button