2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yerevanın "yeni təklifləri" deyilənlərin təkrarıdır

Bakı/19.01.22 Ermənistan Rusiya vasitəsilə sərhəd zonasında gərginliyin aradan qaldırılmasına dair təkliflər paketini Azərbaycana təqdim edib. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan yanvarın 19-da parlamentin iclasında deputatlarla görüşündə bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan tərəfi gərginliyin aradan qaldırılması, habelə sərhəd zonasında sabitliyin və təhlükəsizliyin artırılması haqqında təkliflər paketi hazırlayıb.

“Paket həm Rusiyaya, həm də Moskva vasitəsilə Azərbaycana təqdim edilib. Təbii ki, təfərrüatını açıqlaya bilmərəm”, deyən Mirzoyan elə buradaca əlavə edib ki, təkliflər “qoşunların qarşılıqlı olaraq çıxarılmasını və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılmasını” nəzərdə tutur. 

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Mirzoyanın dedikləri Bakını dəfələrlə rədd etdiyi təkliflərin təkrarıdır. Azərbaycan, eləcə də Rusiya gərginliyin aradan qaldırılmasını iki ölkə arasındakı sərhədlərin Azərbaycan və Ermənistan SSR-in sərhədi əsasında delimitasiyasında görür. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button