2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerli istehsal əldən çıxır!

İqtisadçı-ekspert

Nemət Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

«European Tobacco Baku» adıyla fəaliyyət göstərən Bakı Tütün Kombinatı batır.

Məlum olub ki, ilin I rübündə papiros və siqaret istehsalı 80% və ya 5 dəfəyə yaxın azalıb. Aylıq istehsal orta hesabla 5 min qutuya (karobka) düşüb. İlkin hesablamalar göstərir ki, Tütün Kombinatının istehsal gücündən istifadə səviyyəsi 10%-in aşağısına enib.

Nəzərə alaq ki, papiros və siqaret kütləvi istehlak malıdır. Belə olan halda ölkənin ən böyük papiros və siqaret istehsalçısının bu vəziyyətə düşməsi çox acınacaqlıdır. Hazırkı şəraitdə Tütün Kombinatını saxlamağın mümkünlüyü sual altındadır. Çünki indiki istehsal səviyyəsinə uyğun gəlirlərlə işçilərin maaşlarını vermək, digər istehsal, qeyri-istehsal xərclərini qarşılamağın mümkünlüyü xeyli şübhələrə yol açır.

Bir zamanlar bu Kombinatda 1300-1500 adam çalışırdı. Bildiyim qədər indi onların sıra sayı təqribən 200 nəfərə qədər azalıb. Hazırkı tənəzzül yəqin ki, işçilərin əlavə ixtisarı məsələsini də gündəmə gətirib.

Belə məlum olur ki, yerli istehsalı inkişaf etdirməyin vacibliyi haqqında səslənən rəsmi fikirlər boğazdan yuxarıymış və buna görə də əməli işlərdə özünü göstərmir.

Cari ilin I rübündə xaricdən 30,2 milyon dollar məbləğində tütün və tütün məmulatları gətirilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30%-ə qədər artıb (DGK, rəsmi məlumat). Yəni, yerli istehsaldakı itkilərin yaratdığı boşluq aşağı-yuxarı idxal hesabına doldurulub.

Valyuta itikiləri ilə-üz-üzə olduğumuz indiki zamanda yerli istehsala deyil, idxala üstünlük verilməsi nəticə çıxarmaq baxımından çox düşündürücüdür.

 

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button