"Yevlax istilik istismar idarəsi bizi soyuqdan dondurur" - 24 saat xəbərlər
Now Reading:
“Yevlax istilik istismar idarəsi bizi soyuqdan dondurur”
Full Article 2 minutes read

“Yevlax istilik istismar idarəsi bizi soyuqdan dondurur”

Yevlax məcburi köçkünlər binası

Məcburi köçkünlər evdə soyuqdan donduqlarını deyirlər

Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbənin sakinləri 24saat.org-a müraciət edərək, istilik sisteminin işləmədiyindən şikayətçidirlər.

“5 mərtəbəli binalarda yaşayan 615 ailə soyuqdan donur. 6 ildir ki, bu problem davam edir. Bina istifadəyə verildikdən sonra yeraltı istilik sistemləri tez bir müddətdə sıradan cıxdı. Ötən il 24saat.org saytı vasitəsilə prezident İlham Əliyevə müraciət etdikdən sonra problem aradan qalxmışdı. Yəni təzə borular çəkildi. Hamımız sevindik ki, şükür, bizim uşaqlar da isti bir evdən məktəbə gedəcəklər. Ancaq Yevlax istilik istismar idarəsi bu il də binalara istilik vermədi. Halbuki qazanxanada hər bir şərait var.”

Bunu şəhid qardaşı Rabil Məmmədov deyir.

Digər sakin Xaqani Kərimov da deyir ki, ötən il problem həll edilsə də, bu il yenidən eyni vəziyyəylə üzləşiblər. “Ötən ilə qədər Yevlax istilik idarəsindən boruların köhnə olmasını bəhanə gətirirdilər. Sizin yazılarınız sayəsində ötən il yeni borularla əvəz edildi. Amma indi yenə vəziyyət əvvəlki kimidir. Halbuki bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənir. Ancaq bunlar istilik verməkdən boyun qaçırılar. Bərdə, Ağcəbədi, Gəncə, Qəbələ və figər raytonlarda yerləşən məcburi köçkün binalarının hamısı istiliklə təchiz edilib. Bircə Yevlaxda bu problem həll edilmir”

Qeyd edək ki, ötən il da sakinlər 24saat.org-a müraciətlərinfə bildiridilər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəsə də, onlara istilik verilmir.

Input your search keywords and press Enter.