2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yevlax məmurları kəndin mal örüşünü zəbt edir VİDEO

Prezidentə teleqram vuran şəhid ailəsi həbslə hədələndi

Yevlax rayonunun Qoyun Binəsi kənd sakinləri redaksiyamıza müraciət edərək üzləşdikləri problemin ictimailəşdirilməsini istəyiblər. Əməkdaşımız sakinlərin şikayəti ilə yaxından tanış olmaq üçün Yevlax rayonunda olub.

Ölkənin hər yerində olduğu kimi 1997-ci ildə Qoyun Binəsi kəndində torpaq islahatı aparılıb. Sakinlərin bildirdiyinə görə kənd əsasən heyvandarlıqla məşğul olduğu üçün 90 hektar otlaq sahəsi ayrılıb. İllər keçdikcə yerli bələdiyyə orqanları həmin sahənin müəyyən hissəsini müxtəlif insanlara icarəyə verib. Son günlər isə qalan otlaq sahəsini də pambıq əkmək adı ilə şumlamaq istəyib. Buna etiraz edən sakinləri polisin gücü ilə kənarlaşdırıb örüş yerinin bir hissəsini şumlamağa nail olublar. Yuxarı orqanlara edilən şikayətlərin qarşısını almaq üçün Yevlax rayonu ərazisindən teleqram və məktub göndərilməsinin də qarşısını alınıb. Buna görə kəndlilər Mingəçevir şəhərindən ölkə başçısına teleqram vurmaq məcburiyyətində qalıblar. Bundan sonra teleqramda imzası olan şəhid ailə üzvü Adil Quliyev Rayon İcra hakimiyyətinə çağrılaraq təqib və təzyiqlərə məruz qalıb. O, həbslə hədələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlər problemin ölkə rəhbərliyinə çatdırılmasını istəyib. Məsələyə tezliklə reaksiya verilməsini xahiş ediblər.

Əməkdaşımız Yevlax rayonunda bazar günü olduğu üçün rayon rəhbərliyi ilə əlaqə saxlayıb münasibət öyrənə bilməyib. Buna baxmayaraq onların mövqeyini də dərc etməyə hazırıq.

Qoyun Binəsi kənd sakinləri ilə söhbətdən hazırlanmış video-reportajı təqdim edirik.
azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button