24saat.org "Yevlax rayonunda məcburi köçkünləri istilik problemi həll edildi" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Yevlax rayonunda məcburi köçkünləri istilik problemi həll edildi”

Məcburi köçkünlər bildirirlər ki, 24saat.org problemi işıqlandırdıqdan sonra məsələ həllini tapıb


Yevlax rayonunda məskunlaşan məcburi köçkünlərin istilik problemi həll edilib. Bu barədə 24saat.org saytına həmin binada yaşayan sakinlərdən Rabil Məmmədov məlumat verib:

“5 mərtəbəli binalarda yaşayan 615 ailə sizlərə evlərin istilik və isti su problemləri baradə sizlərə müraciət etdikdən sonra problemlər 70 faiz aradan qaldırıldı. Evlərdə 6 ildir ki istilik nə olduğunu bilmədik. Çox sağ olu, bizlərə kömək etdiyiniz üçün 615 ailə adından sizlərə öz təşəkürümü bidirirk”.

Qeyd edək Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbənin sakinləri 24saat.org-a müraciət edərək, istilik sisteminin işləmədiyindən şikayətlərini bildirmişdilər:

“5 mərtəbəli binalarda yaşayan 615 ailə soyuqdan donur. 6 ildir ki, bu problem davam edir. Bina istifadəyə verildikdən sonra yeraltı istilik sistemləri tez bir müddətdə sıradan cıxdı. Ötən il 24saat.org saytı vasitəsilə prezident İlham Əliyevə müraciət etdikdən sonra problem aradan qalxmışdı. Yəni təzə borular çəkildi. Hamımız sevindik ki, şükür, bizim uşaqlar da isti bir evdən məktəbə gedəcəklər. Ancaq Yevlax istilik istismar idarəsi bu il də binalara istilik vermədi. Halbuki qazanxanada hər bir şərait var.”

Onlar qeyd edirdilər ki, bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənilsə də, istilik verilmir:

Ötən il problem həll edilsə də, bu il yenidən eyni vəziyyəylə üzləşiblər. “Ötən ilə qədər Yevlax istilik idarəsindən boruların köhnə olmasını bəhanə gətirirdilər. Sizin yazılarınız sayəsində ötən il yeni borularla əvəz edildi. Amma indi yenə vəziyyət əvvəlki kimidir. Halbuki bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənir. Ancaq bunlar istilik verməkdən boyun qaçırılar. Bərdə, Ağcəbədi, Gəncə, Qəbələ və digər rayonlarda yerləşən məcburi köçkün binalarının hamısı istiliklə təchiz edilib. Bircə Yevlaxda bu problem həll edilmir”

Qeyd edək ki, ötən il da sakinlər 24saat.org-a müraciətlərinfə bildiridilər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəsə də, onlara istilik verilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.