2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yevlaxda dəhşətli qətl: Rayon xəstəxanasının şöbə müdiri 20 bıçaq zərbəsi ilə öldürüldü – FOTO

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, xəstəxananın Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov dünən axşam saatlarında bıçaqlanıb. Hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin məlumata görə, Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində qətlə yetirilib. O, 20-dən çox bıçaq zərbələri alıb. Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button