2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yevlaxda xəstəxananın şöbə müdirinin bıçaqlandığı bildirilir

Yayımlandı: 11 Yanvar 2023 00:11

Həkimin həyatını xilas etmək mümkün olmayıb

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun yanvarın 10-da axşam saatlarında bıçaqlandığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

TƏBİB-in yaydığı məlumata görə, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.

Lakin Bəyaz Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, həyatını itirib.

Məlumatda bildirilir ki, fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Həkimin hansı səbəbdən öldürüldüyü  haqda hüquq-mühafizə orqanları hələ məlumat verməyib.

Bəyaz Cabbarov

65 yaşlı Bəyaz Cabbarov Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub.

1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib.

2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button