2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yezidi kürd adlı etnos yoxdur

Zaraya gəldikdə, onun yezidi olması bir qədər şübhə doğurur

Vidadi Məmmədov

Zara haqqında süjet hazırlayıblar, onun yezidi kürd olduğunu deyiblər.

Yezidi kürd adlı etnos yoxdur. Yezidilər adlanan dini-etnik toplum var. “Yezidi” də “yəhudi” kimi həm milli, həm də dini mənsubiyyəti ifadə edir. Yezidilər əsasən İraq, Suriya, Ermənistan və Gürcüstanda məskunlaşıblar. İlk məskənləri Assuriyanın paytaxtı Neynəva şəhəri olub. Yezidilər kürd dilinin kurmançi ləhcəsində danışırlar. Ona görə də çoxların onların kürd olduğunu düşünür. Amma yezidilər özlərini kürd hesab etmir. Yezidilər haqqında daha bir yanlış düşüncə onların Məhəmməd peyğəmbərin nəvəsi, şiələrin 3-cü imamı Hüseyn ibn Əlinin qətlinə fərman verən xəlifə Yezid ibn Müaviyənin tərəfdarları olması barədədir. Əsla belə deyil. Yezidilər ümumiyyətlə İslam dininə tapınmır. Əks təqdirdə onlar özlərini müsəlman adlandırardı. Yuxarıda qeyd etdim ki, “yezidi” ifadəsi milli kimliklə yanaşı dini mənsubiyyəti də bəlirləyir. Yezidilərin dini Yezdaniyə adlanır. Yezidilərin inancında Allah Azda adlandırılır. Lakin yezidilər Azdadan daha çox onun yaratdığı Tavus adlı mələyə sitayiş edirlər. Onların inancına görə insanları məhz bu mələk isə öz xəlq edib. Tavus İslam, isəvilik və musəvilikdəki İblis obrazına uyğun gəlir. Bu mələk də oddan yaradılıb, sonradan onu yaradana qarşı çıxıb və cəzalandırılıb. Lakin yezidilər Tavusu İblis hesab etmir. Onlar düşünür ki, Tavus həm xeyiri, həm də şəri təcəssüm etdirir. Yezidilərin inancında iblis, şeytan və onlara aid ifadələrin işlədilməsi, onlara lənət oxunması günah hesab edilir. Bu da yezidilərin şeytana sitayiş etmələri barədə iddialara yol açıb.

Yezidi inancı nəsildən nəsilə ötürülür. Sonradan yezidi olmaq mümkün deyil. Yezidilərdə də yəhudilərdə olduğu kimi missionerlik yoxdur. Heç bir yezidi kimisə bu dinə dəvət etməz. Yezidi inancından imtinanın, yezidi olub sonradan başqa dini qəbul etməyin cəzası isə birmənalı şəkildə ölümdür. Bu fakt da yezidilərin kürd olmadığına dəlalət edir. Hansısa kürdün sonradan yezidi olması, yaxud bunun əksinin baş verməsi sadəcə mümkün deyil.
Zaraya gəldikdə, onun yezidi olması bir qədər şübhə doğurur. Çünki o xristiandır. Özü də iddia olunur ki, o ailə quran zaman yezidi inancından imtina edərək xristianlığı qəbul edib. Bu isə yuxarıda qeyd etdiyim kimi yezidi inancında qəbuledilməzdir. Bu halda onun cəzasız qalması müəmmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org sözügedən süjetin videosunu təqdim edir:

https://www.facebook.com/24saat.org/videos/1606624612780414/?t=3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button