2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

YOL adamı

Zümrüd Yağmur

“Qoy İlham Əliyev mənə ölüm hökmü versin və görsün ki, bu ölkəni məhv edə bilməyib, hələ də ölümə gülə-gülə gedən insanlar var.”
Bu Tale Bağırzadənin ona oxunacaq 20 il hökmünə qarşılıq diktaturaya və bu rejimin sahiblərinə oxuduğu hökmdür.
Onu 20 il azadlıqdan məhrum edənlərin nə qədər aciz və qorxaq olduğunu hər kəliməsində hayqıran Tale Bağırzadənin bu gün doğum günüdür və o artıq 7- ci ildir ki, bu günü həbsxanada qeyd edir.
Bəzən düşünürsən, bütün bunlara görə övladından, sevdiyindən, dəyər verdiklərindən ayrı qalmağa dəyərmi? Ya da bir də gəlməyəcəyimiz həyatı bəzən mücərrəd, bəzən də bir anlam verə bilmədiyimiz ideyallar uğruna xərcləməyə dəyərmi?
Sual öz amansızlığı ilə adamın ruhunu deşir… Nədir axı bu sonu bəlli olan həyatda insanı bu qədər inadkar edən?! Nədir bu savaşlar, prinsiplərin, ideyaların dayanıqlılığı?!
Amma bu suallar səni girdiyin o böyük YOLun yolçusu olmaqdan saxlamaq üçün deyil, çünki bilirsən, bu yol səninlə başlamayıb. Bu YOL bəlkə ilk qəddar insanın zülmünə qarşılıq ilk məzlumun qəzəblə düyünlənən yumruğunun enib qalxması ilə başlayıb və özün belə hiss etmədən ruhundakı cəsarət, inad sənin əvəzindən qərara verib.
Sən bir YOL adamı olacaqsan…
Bu ölkədə, yolsuzların əhatəsində YOL adamı olmaq çətindir, çünki sənin YOLunu bilməyənlər sənə əhkam kəsəcək. Çünki o YOLun mənasını anlamayanlar böyük cümlələrin arxasına sığınıb səni öz mənasız deyimləri ilə təhlil etməyə çalışacaqlar…
Bütün bunları gözə alıb o YOLun ən böyük ADAMına çevrilən insanın, Tale Bağırzadənin doğum gününü təbrik edirəm.
Tezliklə görüşmək ümidi ilə…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button