Gündəm

Yol hərəkətinin pozulmasına görə 118 milyon manat


 

2020-ci ildə ölkədə 1587 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 15,1 faiz azdır.

Açıqlamaya görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub: “Onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb”

Ayrica qəzalarda ölüm sayında da azalma var.

2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı isə 3631,1 min olub: “Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib”

2019-cu ildə cərimələrin miqdari isə bundan bir qədər çox – 119 milyon manat təşkil edib.

Ötən il koronavirus pandemiyası ilə bağlı bir müddət Bakıya girişdə və rayonlara gediş-gəlişdə məhdudiyyətlər olub.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button