2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yol polisi hansı hallarda reyd keçirə bilər? -RƏSMİ

Kamran Əliyev: “Bunun üçün müvafiq plan-tapşırıq olmalıdır”

Yay aylarında DYP əməkdaşları tərəfindən sərxoş sürücülərə qarşı reydlərin müntəzəm surətdə həyata keçirildiyinə şahid olmaqdayıq. Maraqlıdır, yol polisi əməkdaşı hansı halda reyd keçirə bilər? Qanun hər hansı yol patrul əməkdaşı və ya əməkdaşlarının istədikləri zaman istədikləri məkanda reyd təşkil etməsinə icazə verirmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev reydlərin keçirilməsi üçün rəhbərlik tərəfindən plan-tapşırığın olmasının vacibliyini vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Reyd o halda keçirilir ki, bununla bağlı müvafiq plan-tapşırıq olur. Yol polisi rəhbərinin və yaxud ərazi polis şöbəsinin rəhbərinin tərtib etdiyi plan-tapşırıq əsasında müəyyən vaxtlarda müəyyən ərazilərdə reydlər keçirilə bilər. Bunlar təhlükəsizliyin təmin olunması, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin aşkarlanmasına xidmət edən reydlərdir. Bu reydlər zamanı bir sıra digər inzibati xətaların aşkarlanması və bununla bağlı müvafiq tədbirlərin görülməsi də mümkündür. Reydlərin hansısa ayrı-ayrı inspektorlar tərəfindən təkbaşına keçirilməsinə yol verilmir. Reydlər adətən bir neçə patrul naryadı, əməkdaşı tərəfindən plan-tapşırıq əsasında həyata keçirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button