2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yol polisi sirkə içən uşağı ölümdən xilas etdi – VİDEO


Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.

Sfera.az xəbər verir ki, ağır vəziyyətdə olan uşağını xəstəxanaya aparan valideyn avtomobilinin nasazlığı səbəbindən yolda qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.

Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.

“Avtosfer”ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

 




24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button