2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Yol polisi: “Sürücülər avtomobillərini yolun ortasında qoyub gedir”

“Hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, İsmayıllı, Lənkəran , Lerik Quba-Qusar, Rusiya sərhəddi yollarına və Ağsu aşırımına qar yağır. Qarla yanaşı asfalt örtüyünün bəzi hissələrində buzlaşma da müşahidə edilir”.

Bunu Publika.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bütün respublika ərazisində qar yağsa da, yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Bu yollarda qış şinləri ilə təchiz edilmiş, hər iki oxu aparıcı olan nəqliyyat vasitələri ilə hərəkət etmək tövsiyə edilir. Çünki digər nəqliyyat vasitələri xüsusən enişli-yoxuşlu yollarda hərəkət etməkdə çətinlik çəkir. Texnikanın işləməsinə baxmayaraq, qar intensiv yağdığı üçün nəqliyyat vasitələrinin hərəkəti nəticəsində buzlaşma müşahidə edilir.

Ötən gündən sürücülərə xəbərdarlıq etməyimizə baxmayaraq, avtomobili nasaz olan sürücülər Bakı-Sumqayıt yolunda problem yaradırdı. Həmin avtomobillər hərəkət edə bilmirdilər. Bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində qoyub getmişdilər. Evakuator vasitəsilə onlar yolun hərəkət hissəsindən götürüldü və hərəkət bərpa edildi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button