2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir: “Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Eyni zamanda dövlət nömrə nişanının üzərinə “dostum evlənir” və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Diqqətli olun, belə hallara yol vermək olmaz. Sonra deyilməsin ki, “bizim mentalitetimiz budur, gəlin aparırıq, yaxud gənclər ailə qurur, olar”. Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır”.
V.Əsədov həmçinin bəy-gəlin avtomobilini müşayiət edən sürücülərə yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tutmamaları barədə xəbərdarlıq edib: “Sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button