2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Salyan rayonunda törədilmiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi “Mercedes” və Natiq Məmmədyarovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən “BMW” yol polisinə məxsus olub və 2 polis əməkdaşı yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button