2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Yol polisinin sürücünü xidməti avtomobilə dəvət etməsi qanunidirmi?

Kamran Əliyev: “Qanunda bununla bağlı hər hansı qadağa nəzərdə tutulmayıb”

 

Bəzi hallarda DYP əməkdaşlarının saxladıqları avtomobillərin sürücülərini xidməti avtomobillərinə dəvət etməsinə, tərəflər arasında danışığın polis maşınında davam etməsinə şahid oluruq.
Yol polisinin sürücünü xidməti avtomobilinə dəvət etməsi qanunidirmi? Qanunda bu kimi hallarla bağlı hansı müddəalar nəzərdə tutulub?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bunda heç bir qanun pozuntusunun olmadığını vurğuladı:
“Qanunda bununla bağlı hər hansı qadağa yoxdur. Belə bir qadağa yoxdur ki, hər hansı DYP əməkdaşı sürücünü avtomobilə dəvət edib orada sənədləşdirmə aparmasın. Qanunda, təlimatda belə bir müddəa yoxdur. Hava şəraitindən asılı olaraq yol patrul əməkdaşının belə bir addım atması mümkündür. Ola bilsin ki, yağış, külək olsun və DYP əməkaşı sürücünü avtomobilə dəvət etsin. Yay aylarında günün özünün insana mənfi təsir etməsi mümkündür. Bu cür hallarda DYP əməkdaşı sürücünü avtomobilə dəvət edib sənədləşdirməni orada apara bilər. Çünki protokollar post kompüter vasitəsi ilə rəsmiləşdirilir. Bu baxımdan yol patrul əməkdaşının sürücünü avtomobilinə dəvət etməsində qanun pozuntusu yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button