2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yol polisinin və kameranın qarşısında da qayda pozanlar var – 501 (VİDEO)

Aprelin 1-i Bakının Mikayıl Müşviq küçəsində (TQDK-nin yaxınlığında) hərəkətdə olan 10-NM-501 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü YPX əməkdaşının gözü qarşısında 1.3 xəttini (qoşa xətti) tapdalayaraq əks istiqamətə çıxaraq svetoforun qadağanedici işığında hərəkət edib. Onun bu hərəkəti Avtosfer.az-ın kamerasına tuş gəlib.

Eyni tarixdə Akademik Həsən Əliyev küçəsində 90-HS-643 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib. Bu azmış kimi tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

Bu tip intizamsız sürücülər son zamanlar əks istiqamətdə hərəkət etmə xəstəliyinə tutulublar. Yəqin ki, bu sürücülər məsuliyyətdən kənarda qaldıqlarına və ya belə düşündüklərinə görə rahat şəkildə qaydaları pozurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu görüntülərə görə onların hər ikisini 100 manat 4 bal cərimə gozləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button