Xəbərlər

Yol qəzası xeyli can aldı, yaralılar da var

Bakı/13.10.21 Bu gün səhər aeroport yolunda yük maşınının 171 nömrəli sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. Qəza yolun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Qəza zamanı 5 nəfər ölüb.

İlkin məlumatlara görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünun sükan arxasında yuxulaması olub.

Hüquq-mühafizə orqanlarından isə qəza faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıldığı və istintaqın davam etdirildiyi vurğulanıb.

Bakı şəhər Yol Polisi İdarəsindən bildirilib ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Mahmud Əzizov saxlanılıb. -05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button