2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yollar buz bağlayacaq – HAVA PROQNOZU

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-19-da Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 19-u axşam Azərbaycanın bəzi şərq rayonlarında, 20-si axşam, 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarında isə qısamüddətli daşqın olacağı bildirilir. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Azərbaycanda dekabrın 18-nə gözlənilən hava proqnozu

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-8° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-19-da Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Axşam yağıntı tədricən kəsiləcək. Səhər saatlarında duman olacaq. Havanın temperaturunun gecə 0-5°, dağlıq ərazilərdə 7-9° şaxta, gündüz 2-6° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Axşam yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-7° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Havanın arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-8°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-5°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 4-6°, gündüz 6-8° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacağı bildirilir.

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button