2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yoluxma 100 mini keçdi


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 30 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək ölkədə ümumilikdə 102 min 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 min 963 nəfər müalicə olunaraq sağalıb, 1224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 min 209 nəfərdir”.

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 15 min 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə olunan koronavirus xəstələri var.

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button