Xəbərlər

Yoluxmada artım var

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər sağalıb.

Bu məlumatı fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər  sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 7 873, ötən müddət ərzində isə ümumilikdə 2 591 235 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Dünən, fevralın 26-da  isə ölkədə 219 yoluxma qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “Yoluxmada artım var” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button