2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'Young Lions' üçün lokal seçimlər başladı – Cannes Lions 2022

    Dünyanın məşhur kreativlik və yaradıcılıq festivallarından biri olan “Cannes Lions” bu il 20-24 İyun tarixlərində yenidən doğma şəhəri olan Kann-da keçiriləcək. Hər il təşkil olunun bu məşhur festival son iki ildə pandemiya səbəbindən onlayn formada keçirilirdi. Tədbir rəsmilərinin verdikləri məlumata əsasən festival bu il tam tərkibdə, məhdudiyyətlər tətbiq olunmadan keçiriləcək. 

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd edək ki, “Cannes Lions” yaradıcılıq və kreativlik festivalında bütün dünyadan brendlər, markalar, reklam agentlikləri il ərzində hazırladıqları reklam kampanyalarını, yaradıcı işlərini, korporativ sosial məsuliyyət layihələrini təqdim etməklə əsas mükafat uğrunda yarışırlar. “Cannes Lions”un tərkib hissəsi olan “Young Lions” isə adından da göründüyü kimi gənclərin yer aldığı və tədbir müddəti ərzində qalib olmaq üçün mübarizə apardıqları yarışdır. Bu yarışda bütün dünyadan olan yaradıcı gənclər “Young Lions”ın lokal seçim mərhələlərindən keçməklə sonda yekun yarışda iştirak edirlər. 

    “Young Lions”un qlobal yarışında iştirak və bu yay Kann-a səfər üçün Azərbaycanda seçim mərhələsi iki katerqoriya üzrə aparılır. “Print”“Film” olmaqla iştirakçılar 2 nəfərdən ibarət komandalar formalaşdırmaqla yarışda iştirak üçün müraciət edə bilərlər. Yarışda iştirak üçün qeydiyyat formunu doldurmaq vacibdir. 

    Reklam və marketinq kommunikasiyaları sahəsində gənc mütəxəssislər arasında keçirilən müsabiqədə iki nəfərdən ibarət komandaya kreativ işin yaradılmasına 24 saatdan 72 saata kimi vaxt veriləcək. Göndəriləcək işlər yerli və beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriya üzrə ən çox bal toplamış komanda müsabiqədə qalib gəlir. Qalib komandanın üzvləri 16 may-7 iyun tarixlərində “Young Lions Competition”ın online keçiriləcək finalında çıxış etmək hüququ qazanır.

    Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olan, marketinq və kommunikasiya sahələrində işləyən mütəxəssislərin iştirakına icazə verilir. İştirak etmək üçün aşağıdakı meyarlara cavab verməlisiniz:

– “Young Lions Azerbaijan 2022”-də iştirak etmək üçün doğum gününüz 24.06.1990-cı il və ya daha sonrakı tarixdə olmalıdır;
– İngilis dilində yaxşı səviyyədə dinləmə və danışıq qabiliyyətinə malik olmalısınız;
– İki nəfərdən ibarət komanda yaratmalısınız.

    Müsabiqə iştirakçılarının qeydiyyatı üçün son tarix 13 aprel 2022-ci il, çərşənbə günü Bakı vaxtı ilə 24:00-dır. Təqdim edilən işlər brifdə göstərilən tələblərə cavab verməlidir.  “Young Lions Azerbaijan” layihəsinin rəsmi sponsoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və dəstəkçisi Kreativ Azərbaycan Portalıdır.

24 saat” “'Young Lions' üçün lokal seçimlər başladı – Cannes Lions 2022” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button