Loading...
Loading...
Xəbərlər

Youtube blogeri pul tələb etdiyinə görə həbs edilib

Bakı/22.12.21 “Bəyaz TV” Youtube kanalının rəhbəri Bəhram Rüstəmov dələduzluq və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinərək həbs olunub. Bu barədə Baş Prokurorluğun dekabrın 22-də yaydığı məlumatda deyilir.

Məlumata görə, Rüstəmovun Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul almasına əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmaları vədlərilə pul vəsaiti alıb onlara qarşı dələduzluq edib.

Məlumatda vurğulanır ki, qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. -05D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button