2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək

    Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur. Bundan əlavə olaraq bu cür videolarda lazımi kontentin axtarılıb tapılması prosesi də istifadəçini çox zaman qıcıqlandırır. Youtube tərtibatçıları bu problemi həll etmək qərarına gəliblər. Belə ki, Youtube tərtibatçılarının hazırladıqları yeni funksiya öz növbəsində bu və ya digər videonun istifadəçilər tərəfindən ən çox izlənilmiş hissələrini öncədən ayıracaq və onları qeyd edəcək. Beləliklə istifadəçilər hər hansısa videoda bir çox istifadəçini maraqlandıran hissə ilə tanış ola biləcəklər. Bunun nəticəsində bu və ya digər istifadəçinin də video daxilində axtardığı eyni kontenti tapmaq prosesi sadələşdiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Sözügedən funksiya yaxın günlər ərzində Youtube Premium-da test rejimində istifadəyə veriləcək. İstifadəçi videonun əks olunduğu playerin üzərindəki zaman xətti vasitəsilə videonu fərdi şəkildə önə və ya arxaya çevirən zaman dalğa formalı qrafik əmələ gələcək. Həmin dalğa formalı qrafikdə isə videonun müxtəlif hissələrinin baxış sayları əks olunacaq. Qrafikin ən pik nöqtələrinə sahib olan hissələr videonun ən çox baxılmış hissələri olacaqlar. Bunun sayəsində də istifadəçi videonun ən maraqlı və vacib hissəsinə keçid edə biləcək. Bu yeni funksiyanın hamı üçün və ya yalnız Youtube Premium istifadəçiləri üçün istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur.

24 saat” “Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button