2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

YouTube Türkmənistanın şikayəti ilə ABŞ xəbər saytını bloklayıb

YouTube platforması ABŞ-ın xəbər medialarından birinə aid olan kanalı bloklayıb.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin xəbərində deyilir ki, Mərkəzi Asiya, Qafqaz və Rusiya bölgələri barədə materiallar dərc edən Eurasianet saytı avtoritar Türkmənistanın dövlət mediasının müəlliflik hüququnun pozulmasına dair şikayəti əsasında bloklanıb.

Eurasianet bildirir ki, Google şirkətinə daxil YouTube platforması kanalın bloklanması üçün bu həftə ərzində Türkmənistandan bir neçə xəbərdarlıq bildirişi alıb.

Saytların yığılması Saytlarin yigilmasi

YouTube platformasının məlumatında deyilir ki, şikayətlər Türkmənistanın Dövlət Televiziya, Radio və Kinematoqrafiya Komitəsinə aid “Vatan habarları” telekanalından daxil olub.

Eurasianet saytının redaktoru Devid Trillinq qərardan şikayət etmək üçün YouTube-da məsul olan şəxsin axtarışındadır.

YouTube özü də Türkmənsitanda blokdadır

Redaktor AzadlıqRadiosuna bildirib ki, istər əsasən rus və ingilis dillərində materiallar yayan Eurasianet, istərsə də YouTube platformasının özü Türkmənistanda qadağandır:

“İşə bax ki, YouTube saytının özü, bütün başqa sosial media saytları kimi Türkmənistanda bloklanıb”.

Trillinq deyib ki, onun təşkilatının YouTube kanalı öz reportajlarında əsasən Türkmənistanın dövlət telekanalından götürülmüş videokliplərdən istifadə etməklə reportajlar hazırlayır.

Redaktor bunu da qeyd edir ki, sözü gedən videokliplərdən “ədalətli istifadə” qaydalarına uyğun şəkildə istifadə olunub və onlara, xəbər kontekstinə gətirilməsi üçün mətnlər yazılıb.

Xəbərdə deyilir ki, Eurasianet saytının Türkmənistanın Vaşinqtondakı səfirliyinə, eləcə də YouTube-a göndərdiyi sorğular hələki cavabsız qalıb.

Aşqabad təkcə Eurasianeti bloklatmayıb

Eurasianet YouTube platformasının Türkmənistandan gələn şikayətlər əsasında blokladığı ilk xarici xəbər qrupu deyil.

May ayında Avstriyada mənzillənmiş müxalifət qrupunun Chronicles of Turkmenistan saytı da Türkmənistan dövlət mediasının şikayəti ilə bloklanıb.

Dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistanda bütün medialar üzərində sərt nəzarət var və internetə çıxış son dərəcə məhdudlaşdırılıb.

Ölkənin dövlət mediası isə prezident Qurbanqulı Berdımuxammedov barədə geniş mədhiyyə reportajları verir.

Türkmənistan qaz ehtiyatlarına görə dünyanın dördüncü ölkəsi sayılır.

Trillinq deyib ki, onun təşkilatı video reportajlarını kütləviliyi daha az olan Vimeo platformasına keçirməyi düşünür.

Son vaxtlar YouTube da ABŞ-ın başqa texnologiya və sosial media nəhəngləri kimi qüdrətindən sui-istifadə etməklə senzura funksiyalarını yerinə yetirməkdə ittiham olunur.

Hökumətlərin qarşısında aciz qalan nəhənglər

Tənqidçilər deyirlər ki, Facebook, Twitter, Google, Apple və başqaları avtoritar hökumətlərin senzura tələblərinə boyun əyməyə başlayıblar.

Məsələn ötən ay Rusiyada keçirilən duma seçkilərinin ərəfəsində Rusiya hakimiyyəti Google və Apple-dən müxalifətçi Aleksey Navalnı barədə materialların və onun “Ağıllı seçki” tətbiqinin silinməsini tələb etmişdi. Onlar bu göstərişə əməl etmişdilər.

Telegram mesaj platforması da Navalnıya aid materialları silmişdi.

Həm Google, həm də Apple şirkətinin Rusiyada yerli əməkdaşları var və Rusiya hökuməti ABŞ nəhənglərini bu adamların mühakimə olunacaqları ilə hədələmişdi.

Türkiyə və Hindistan kimi bir sıra başqa ölkələr də texnologiya şirkətlərini özləri barədə tənqidi materialların silinməsinə belə üsullarla məcbur edirlər.

Kolumbiya Universitetinin Harriman İnstutunda mənzillənən Eurasianet özəl qeyri-mənfəət şirkətidir və Açıq Cəmiyyət Fondu, Milli Demokratiya Fondu və Birləşmiş Krallığın Britaniya Birliyi və İnkişaf Nazirliyindən alınan qrantlarla maliyyələşir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button