2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

YouTube vaksinlər barədə dezinformasiya qadağanını sərtləşdirir

Google korporasiyana məxsus YouTube video platforması sentyabrın 29-da vaksinlər haqqında dezinformasiyanın qadağanını genişləndirdiyini bəyan edib.

Hazırda YouTube platformasının qaydaları vaksinlər haqqında yalan informasiyaların yayılmasını qadağan edir.

Yeni qaydalara görə isə YouTube-da istənilən təsdiqlənmiş vaksin barədə dezinformasiya qadağan edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu qaydalara görə, məsələn qripə qarşı vaksinin sonsuzluğa və ya qızılca, parotit və məxmərəyə qarşı kombinə edilmiş vaksinin autizmə səbəb olmasını iddia edən materiallar qadağan edilir.

YouTube eyni zamanda məsələn oğul Robert F. Kennedi və ya Cozef Merkol kimi məşhur antivaksin kampaniyaçılarının kanallarının bloklandığnı bildirib.

Sözü gedən hər iki şəxs, onların təbirincə deyilərsə “bu senzuraya” qarşı mübarizə aparacaqlarını bildiriblər.

YouTube vaksinlərə qarşı dezinformasiyanın qadağanı siyasətini elan etməzdən bir gün əvvəl Rusiyanın dövlət RT korporasiyasının iki almandilli xidmətinin kanallarını silmişdi.

Platforma bildirirdi ki, sözü gedən kanallar YouTube-un COVID-19 barəsində dezinformasiyaya aid qaydalarını pozublar.

Simonyanın qadağan təklifi

Bu qərar Rusiya hakimiyyətinin hiddətinə səbəb olmuş və Moskva YouTube kanalını, habelə Almaniya medialarının Rusiyada çalışan əməkdaşlarını cavab tədbirləri ilə hədələmişdi.

Almaniya hökumətinin sözçüsü Şteffan Zaybert bununla bağlı bəyan etmişdi ki, Almaniya hakimiyyətinin YouTube platformasının qərarı ilə heç bir əlaqəsi yoxdur.

Sözçü demişdi ki, bu səbəbdən də Almaniya medialarının cəzalandırılması barədə söhbətlər yersiz səslənir.

Əslində Almaniya medialarının cəzalandırılması təklifini RT-nın baş redaktoru Marqarita Simonyan vermişdi.

O konkret olaraq Rusiyada Deutsche Welle radiosunun qadağan olunmasını, Almaniyanın ARD və ZDF teleşirkətlərinin müxbir məntəqlərinin bağlanmasını təklif etmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button