2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

YouTuber və Twitch yayımçıları ən çox hansı cihazlardan istifadə edir?

    Son illərdə məşhurlaşan “streaming” – yəni canlı yayım servisləri milyonlarla izləyici kütləsi toplamağı bacarıb. Bu canlı yayımları edən insanlara “streamer” – yəni yayımçı adı verilir. Ən məşhur və ən çox üzvü olan “streaming” platforması Twitch insanların boş vaxtlarında videolar izləmək üçün daxil olduqları bir əyləncə məkanına çevrilib. Bundan başqa yayımçıların məşhurlaşmasından sonra izləyicilər tərəfindən onların hansı cihazları istifadə etdiyi də bir xeyli maraqlı olmağa başladı. Bəs bu məşhur yayımçılar “streaming” servislərində hansı oyun cihazlarından və avadanlıqlarından istifadə edir? 
    Bu məqaləmizdə məşhur yayımçıların ən çox istifadə etdiyi markalardan olan HyperX məhsullarından bəhs edirik. 

Saytların yığılması Saytlarin yigilmasi

    Canlı yayımlarda səsin izləyicilərə keyfiyyətli ötürülməsi ən vacib məqamlardan biridir. HyperX QuadCast S cihazı bu ehtiyyacı ödəmək üçün ideal məhsullardan biridir. Bu mikrofonun ən üstün tərəflərindən biri kənar səs və küyləri azaltmaq üçün cihazda həm membran qatının istifadə olunması, həm də daxildə istifadə edilən “Noise Cancellation” texnologiyasının mövcudluğudur. Dinamik RGB işıqları olan QuadCast mikrofonu NGENUITY proqramı vasitəsilə idarə edilə bilir. Bundan başqa əlavə olaraq qulaqlıq girişi də mövcuddur.
    HyperX bildirir ki, QuadCast seriyası məşhur Discord TeamSpeak platformaları tərəfindən də təsdiqlənib. Bu sertifikatların verilməsində ən böyük səbəblərdən biri isə -36dB həssaslığa malik olmasıdır. Bu da o deməkdir ki, podkastlar və ya oyun zamanı yayımçılar zəif danışsa belə səslər təmiz və keyfiyyətli şəkildə izləyicilərə ötürülə bilir. HyperX QuadCast-ın yayımçılar tərəfindən sevilməsinin bir digər önəmli səbəbi isə mikrofonun üstündə yerləşən sensordur. Bu sensora toxunaraq mikrofonu səssiz rejimə keçirmək mümkündür. Beləliklə səsinizin eşidilməsini istəmədiyiniz zamanlarda asanlıqla səsin ötürülməsini dayandırmaq mümkün olur. Qeyd edək ki, HyperX QuadCast mikrofonu həm komputerlərlə, həm oyun konsolları ilə tam uyğunluqda işləyir. Bundan başqa OBS Studio, Streamlabs OBS Xsplit kimi proqramlar ilə də mükəmməl işləyir.

    Uzun saatlar kompüter ilə məşğul olmaq gözlərimiz qədər əllərimizi də yorur. Xüsusilə, oyun yayımçısınızsa 7-8 saat davam edən canlı yayımlar sizi tez yora bilər. Bu səbəblə HyperX şirkəti PulseFire Haste maus-u ilə həm oyun təcrübənizini, həm də rahatlığınızı artırmağı hədəfləyir. Sadəcə 59 qram ağırlığı olan bu cihaz dəlikli dizaynı ilə bir xeyli rəğbət toplayıb. HyperX bildirir ki, dəlikli dizaynı olsa da bu maus toza qarşı dayanıqlıdır. 
    Pulsefire Haste modeli naqilli olsa da bu naqilin elastiklikliyin yüksək olması cihazı daha asan hərəkət etdirməyə imkan yaradır. HyperX QuadCast modelində bəhs etdiyimiz kimi bu cihaz da HyperX-ə məxsus NGENUITY proqramı ilə özəlləşdirilə bilir. FPS oyunları oynayan istifadəçilər üçün ideal bir cihaz hesab edilməsinin əsas səbəbi isə sürətin 16000 DPI-a qədər dəstəkləməsidir. Beləliklə, oyun oynayarkən ekrandakı personajınızı daha sürətli çevirə bilmək, daha sürətli reaksiya göstərmək mümkündür. HyperX iddia edir ki, bu cihaz ilə axıcı oyun təcrübəsini istifadəçilərə yaşatmağı hədəfləyir. 

    HyperX şirkətinin ən sevilən məhsullarından biri də Cloud Gaming qulaqlıqlarıdır. Həm oyun oynayarkən, həm musiqi dinləyərkən səs keyfiyyəti bir xeyli vacibdir. Buna görə də məşhur yayımçılar adətən HyperX Cloud Gaming qulaqlıqlarından istifadə edirlər. 7.1 Surround Sound dəstəyi olan bu model həm musiqiləri, həm səsləri sanki yanınızdaymışcasına dinləməyə imkan verir. Həmçinin Cloud Gaming qulaqlıqları xüsusi bass və tiz səsləri balanslı şəkildə istifadəçilərə ötürür. Bu da musiqi dinləmə təcrübənizi bir xeyli artırır. HyperX bu məhsulunda digər şirkətlərdən fərqli bir addım daha atıb. İstifadəçilərin uzun davam edən oyun və ya canlı yayım seanslarında qulaqlarının yorulmaması, tərləməməsi, rahat hiss etməsi üçün qulaqlığın materialı həfif və asanlıqla hava keçirən materiallardan hazırlanıb. Bir digər önəmli fərq isə bundadır ki, Cloud Gaming qulaqlığında aktiv şəkildə küyləri azalda bilən Noise Cancelling dəstəkli mikrofon var. Bu halda istifadəçilərin ekstra bir mikrofona ehtiyacı qalmadan asanlıqla səslərini qarşı tərəfə ötürə biləcəklər. Bunu da qeyd edək ki, HyperX Cloud Gaming qulaqlığı naqilsizdir və 30 saata qədər enerji saxlaya bilir. Naqilsiz olması səbəbilə komputerdən ən çox 20 metr uzaqlığa qədər aparıla bilər. Bu halda yenə də işləməyə davam edəcəkdir.

    HyperX şirkətinin ən çox satılan məhsullarından biri də mexaniki klaviaturalardır. Bunların başında isə Alloy Origins Core modeli gəlir. Bu mexaniki klaviatura ilə birliktə istifadəçilər oyun oynayarkən daha çox zövq ala biləcəklər. Ultra kompakt olması, çəkisinin az olması əsas üstünlüklərindən bir neçəsidir. HyperX-in bu məhsulunda təyyarələrin gövdəsində istifadə olunan yüngülləşdirilmiş aliminium material istifadə olunub. Taxıb çıxarıla bilən USB Type-C naqili ilə birliktə kompakt dizayn xətti qorunub saxlanılıb. Dinamik olaraq dəyişən RGB işıqlandırmaya malik Alloy Origins Core modeli müxtəlif rəng profillərinə də malikdir. İstifadəçilər bu rəng profilləri arasında keçid edərək monoton görünüşdən qurtula bilərlər. HyperX-in digər saydığımız məhsullarında olduğu kimi bu klaviatura da NGENUITY proqram təminatını dəstəkləyir. Klaviaturanın altındakı kiçik ayaqlar vasitəsilə istifadəçilər 3, 7 və 11 dərəcə olmaqla cihazın hündürlüyünü və meylini dəyişə bilərlər. Oyunçular və yayımçılar üçün önəmli əhəmiyyəti olan Ghosting funksiyası da bu cihazda mövcuddur. Game Mode rejimi aktivləşdirildiyi vaxt istifadəçilər bir neçə düyməni eyni anda basaraq müxtəlif funksiyaları icra edə bilirlər. Qeyd edək ki, HyperX Alloy Origins Core klaviaturası komputerlərlə yanaşı Playstation 4 və 5, həmçinin Xbox series XIS və Xbox One konsolları ilə problemsiz şəkildə işləyir.

Məhsulların linklərinə aşağıdan keçid edə bilərsiniz. 

24 saat” “YouTuber və Twitch yayımçıları ən çox hansı cihazlardan istifadə edir?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button