2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“YouTube”un baş ofisinə hücum edən QADIN öldürülüb

24saat.org saytı CNN-ə istinadən bildirir ki, 4 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı basqını təşkil etməkdə şübhəli bilinən qatil qadın “YouTube”-nin baş ofisində ölü tapılıb.

Kaliforniya ştatının San-Bruno əyalətində yerləşən “YouTube”-nin baş ofisinə silahlı basqın olub. Məlumatı San-Bruno əyalət polisinin şefi Ed Barberini təstiqləyib. Barberini jurnalistlərə açıqlamasında bildirib ki, silahlı hücumu təşkil etməkdə şübhəli bilinən qadın “YouTube”-nin baş ofisində ölü tapılıb. Onun polislər tərəfindən öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum olmasa da, polis şefi meyidin üzərində aparılan ilkin müayinə zamanı intihar etdiyini söyləməyə ciddi əsasların olduğu iddia edib.

Xatırladaq hadisə Amerika vaxtı ilə 02 Apreldə baş verib. Silahlı insident zamanı biri kişi (36 yaş), ikisi qadın (34 və 27 yaşlarında) olmaqla 3 nəfər San-Fransiskoda yerləşən travmotoloji xəstəxanaya yerləşdirilib. Daha sonra ağır yaralıların sayının 4 olduğuna dair açıqlama verilib.

Məlumat üçün bildirək ki, “YouTube”-nin San-Bruno əyalətində yerləşən  baş ofisində 1100 nəfərə yaxın şəxs çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button