2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

YPX maşınını çəkicləyən məhkəmə qarşısına çıxarıldı – VİDEO

Bakıda Yol Patrul Xidmətinin avtomobilini çəkiclə sındırmaqda təqsirləndirilən Şahin Bəylərovun cinayət işinin istintaqı başa çatıb. baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Hadisə bu ilin fevral ayında baş verib. DİN-in yaydığı rəsmi məlumata görə, Ş.Bəylərov Nərimanov rayonu G.Qədirbəyova küçəsində xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan  Şahin Bəylərovun sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə), 221.3-cü (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddələri üzrə ittiham edilib.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə Ş. Bəylərov barəsində həbs-qətimkan tədbiri seçilib.
Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.
Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
 Şahin Bəylərov bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button