2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“YPX üstümə silah çəkdi” – 102-yə müraciət

Xaçmaz DYPB-nin rəisi: “Fakla bağlı araşdırma aparılıb və məsələ öz təsdiqini tapmıyıb”

Xaçmaz rayonunda dövlət yol polisinin əməkdaşı Ruslan Hacıyev vətəndaşa qarşı xidməti silah tuşlayıb. az24.org xəbər verir ki, hadisə fevral ayının ilk həftəsində rayonun Müzəffəroba kəndi ərazisində baş verib. YPX əməkdaşının silah çəkməsinin səbəbi kənd sakini Niftəliyev Eldəniz Həmzəli oğlu ilə aralarında insident yaranmasıdır. Tərəflər arasında yaranan mübahisə bir müddət sonra daha kəskinləşib. Bu zaman Xidmətdə olan Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməktaşı Ruslan Hacıyev xidmətini silahını çıxararaq, vətəndaşa tuşlayıb.

Hadisə yerində olan sakinlərin verdiyi məlumata görə, həmin vaxt Ruslan Hacıyevin yanında digər YPX inspetoru da olub. Hadisədən sonra onlar ərazidən uzaqlaşıblar. Vətəndaş Eldəniz Niftəliyev isə hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Faktla bağlı aparılan araşdırmalar isə heç bir nəticə vermiyib. Maraqlıdır ki, hadisədə adı hallanan Eldəniz Niftəliyev avtomabil sahibi deyil və heç sürücülük vəsiqəsi belə yoxdur. Onunla YPX arasında hansı səbəbdən insident yaranması məlum deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Xaçmaz rayon polis şöbəsinin DYPB-nin rəisi Elşad Nəbiyevin də mövqeyini öyrəndik. O, faktın həqiqətə uyqun olmadığını bildirib: “Fakla bağlı araşdırma aparılıb və məsələ öz təsdiqini tapmıyıb” – deyə rəis bildirib.

Cəlal Fərzəliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button