2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

YUĞ teatrı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. Kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq. Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza”, və “Sonuncu” tamaşaları nümayiş olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

YUĞ Teatrı bu mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları  seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyerası oktyabr ayına nəzərdə tutulub.

Teatrın sentyabr ayına olan repertuarı:

20.09.17 – “Səsimi unutma” (K.Abdulla)

21.09.17 – “Boy” (T.Əngin)

26.09.17 – “Metamorfoza” (S.Haqverdiyeva)

27.09.17 – “Sonuncu” (Pərvin)

28.09.17 – “Medeya. Sekvensiya 01” (V.Klim)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button