Now Reading:
Yumurta ikiqat bahalaşdı – VİDEO

Yumurta ikiqat bahalaşdı – VİDEO

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb. Özü də iki dəfə. İndi yumurta 13-14 qəpiyə satılır. Yumurtanın qiymətinin necə deyərlər oynaması nə ilə bağlıdır? Növbəti süjetimizdən öyrənəcəksiniz.

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşdı. İndi yumurta əvvəlki qiymətindən baha, 10-14 qəpik arasında satılır.

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən “Xəzər Xəbər”ə bildirdilər ki, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma oldu. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.